• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda  “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLAR

CƏMİYYƏT

03 Oktyabr 2023 | 11:14

Bakıda “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLAR

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.


Bakıda “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLARBakıda “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLARBakıda “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLARBakıda “Eternity-2023” qərargah təlimi keçirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026