• Bakı 16° C

    10.99 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Bakıda gimnastika üzrə Dünya Kubokunun açılışı oldu

İDMAN

19 Aprel 2024 | 21:13

Bakıda gimnastika üzrə Dünya Kubokunun açılışı oldu

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib.

Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

02 May 2024