• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb"

MƏDƏNİYYƏT

12 Iyul 2023 | 01:01 | Müəllif: Subhan Mahmudov

"Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb"

Müğənni-bəstəkar Murad Arif Bakıdakı tıxaclardan şikayətçidir.

Bakıvaxtı.az bildirir ki, ifaçı məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, saatlarla tıxacda qaldığını vurğulayıb:

"Şəhərdə nə baş verir anlamıram. Tətil vaxtıdır. Saat yarımdır ki, "Sahil" metrosunun qarşısında dayanmışıq. Düşünün ki, işə, səhnəyə gedirik. Ən çox gecikməkdən qorxanam. Dəvət olunduğum yerə 1 saat tez gedərəm. Təsəvvür edin ki, hansı əsəb və həyəcan içindəyəm.

Sağda-solda bu qədər maşın var. Bunun içində xəstəsi, darda olan insanı var. Niyə bir şey fikirləşmirlər? Və ya niyə bu insanları düşünmürlər".

Murad daha sonra fikirlərinə "Gecikmək mənim üçün stress, dramdır. Şəhərdə heç kim bu biabırçılıqdan sığortalanmayıb nə yazıq ki. 50 dəqiqəlik yolu 2 saat 30 dəqiqə etdik" sözlərini əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026