• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Dərnəgül" taxta bazarındakı yanğında bir nəfər öldü - YENİLƏNİB

HADİSƏ

23 Noyabr 2023 | 09:23 | Müəllif: Qalib İbrahimoğlu

"Dərnəgül" taxta bazarındakı yanğında bir nəfər öldü - YENİLƏNİB

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

***

08:45

Noyabrın 23-də saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR