• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda keçirilən qanunsuz aksiyanın qarşısı alınıb

CƏMİYYƏT

21 May 2021 | 16:48

Bakıda keçirilən qanunsuz aksiyanın qarşısı alınıb

Bu gün Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, söhbət metronun 28 May stansiyası yaxınlığındakı ərazidən gedir. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Lakin insanların bir araya toplaşmasının səbəbi məlum olmayıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

“Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR