• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

HADİSƏ

26 Mart 2024 | 10:56

Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirən şəxsin onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026