• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bakıda kişi keçmiş arvadını ÖLDÜRMƏK İSTƏDİ

CƏMİYYƏT

18 Aprel 2023 | 23:22 | Müəllif: Subhan Mahmudov

Bakıda kişi keçmiş arvadını ÖLDÜRMƏK İSTƏDİ

Bakıda 35 yaşlı şəxs keçmiş arvadını öldürməyə cəhd edib.

Bakıvaxtı.az Xətai Rayon Prokurorluğuna istinadən xəbər verir ki, aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR