Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbilov Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Azyaşlıların valideyinləri bildiriblər ki, övladlarının vəziyyətləri ağırdır./report





jpg-1687016437.webp)






jpg-1687006100.webp)



