• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Bakıda maşından və evin qarşısından avtomat tapıldı

HADİSƏ

02 Iyun 2025 | 15:20

Bakıda maşından və evin qarşısından avtomat tapıldı

Paytaxt sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılaraq aşkarlanıb.

Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.

Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.

Hər bir fakt üzrə araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Iyun 2025