Avqustun 7-də Bakıdakı Rus evində Rusiya Şahmat Federasiyasının yaranmasının 100 illiyinə həsr olunmuş məktəblilər arasında şahmat turniri keçiriləcək.
Bakıvaxtı.az Rusiya İnformasiya Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, turnir çərçivəsində qonaqları görkəmli şahmatçılarla və onların nailiyyətləri ilə tanış edən “Rusiya 64 xanada. Çempionların tarixi" adlı sərgi açılacaq.
















