"Bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub.
Problemin aradan qaldırılması üçün əməkdaşlığın vacibliyini vurğulayan M.Vəliyeva qeyd edib ki, bu kimi hallar aşkar olunan kimi Təhsil İdarəsi dərhal həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edir.
Aytac Aslan
















