• Bakı 20° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Bakıda məşhur əyləncə klubunun fəaliyyəti dayandırıldı

CƏMİYYƏT

16 Sentyabr 2025 | 11:08

Bakıda məşhur əyləncə klubunun fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda əyləncə klubunun fəaliyyətini dayandırıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

 

 


SON XƏBƏRLƏR

15 Sentyabr 2025