• Bakı 20° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub

CƏMİYYƏT

16 Sentyabr 2025 | 10:55

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub

Azərbaycana dörd ölkənin bəzi ərazilərindən müvafiq malların idxalına məhdudiyyət tətbiq olunub. 

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, bəzi ölkələrdə blutanq xəstəliyi, yüksək patogen quş qripi xəstəliyi, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb

Ölkə ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025