• Bakı 20° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Kürdəmirdə AĞIR QƏZA: ölən və xəsarət alan var

HADİSƏ

16 Sentyabr 2025 | 08:43

Kürdəmirdə AĞIR QƏZA: ölən və xəsarət alan var

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1988-ci il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Fuad Etibar oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin - 1990-cı il təvəllüdlü Nuriyev Coşqun Cavid oğlu isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü isə qəzadən xəsarət almadan qurtulub.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

15 Sentyabr 2025