• Bakı 30° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bakıda "möcüzəli" göl - insanlar axın edir - VİDEO

CƏMİYYƏT

21 Iyul 2025 | 00:50

Bakıda möcüzəli göl - insanlar axın edir - VİDEO

Paytaxtın Suraxanı rayonu, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölə üz tutan insanların sayı artıb.

Bura kimisinə görə, "möcüzəli", kimisi üçün isə müalicəvi göldür.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün gölə girirlər. Ziyarətçilər bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar.

Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər.

Həkimlər isə müalicə üçün yodlu gölə üz tutanlara diqqətli olmağı tövsiyə edirlər.

O da bildirilir ki, immun sitemi zəif olan şəxslərin bu göldən istifadəsi təhlükəli ola bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025