• Bakı 25° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Ukraynalı daha 30 uşaq reabilitasiya üçün Azərbaycana göndərilib

CƏMİYYƏT

19 Avqust 2025 | 19:47

Ukraynalı daha 30 uşaq reabilitasiya üçün Azərbaycana göndərilib

Uşaqlar avqustun 19-da Kiyevdən Azərbaycan səfirliyinin dəstəyi ilə yola düşüblər.

Bakıvaxtı.az xəbər verir ki, uşaqlar Kiyev, Jitomir, Vinnitsa, Odessa, Maripuoldan, Keremençuk və Xarkovdan olan, müharibədən əziyyət çəkən ailələlırin və hərbçilərin övladlarıdırlar.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bununla müharibə müddətində, Azərbaycanın dəstəyi ilə Ukraynadan reabilitasiya üçün qəbul olunan uşaqların sayı 400-ə çatıb.

Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Bundan başqa ukraynalı, uşaqlara Azərbaycanın digər bölgələrinə ekskursiyalar təşkil olunacaq.


SON XƏBƏRLƏR