• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda narkotik satan şəxs YAXALANDI - VİDEO

CƏMİYYƏT

22 Fevral 2022 | 15:34 | Müəllif: Subhan Mahmudov

Bakıda narkotik satan şəxs YAXALANDI - VİDEO

Bakı şəhərində narkotik satan şəxs saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtda narkotik satılmasını əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb:

“Həmin videoda olan paytaxt sakini Ağasən Həmidov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Üzərindən və yaşadığı evdən 11 qram heroin və 1 ədəd pnevmatik tapança aşkar edilib. Onun barəsində cinayət işi başlanılıb. Həmin şəxsin barəsində məhkəmə həbs qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, Bakı şəhərində Nərimanov ərazisində qadın və kişi narkokuryer narkotik vasitəni ərazidə daşın üstünə qoyub getməsini əks etdirən görüntülər yayılmışdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026