• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda qardaşlar və bacı dalaşdı - Xəsarət alan var

HADİSƏ

07 Iyun 2023 | 09:21

Bakıda qardaşlar və bacı dalaşdı - Xəsarət alan var

Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.

Belə ki, 1980-cı il təvəllüdlü İ.Pirquliyev ailə münaqişəsi zəminində bacısı, 1989-cu il təvəllüdlü S.Pirquliyeva və qardaşı 1995-ci il təvəllüdlü Ə.Pirquliyevlə dalaşıb. Nəticədə Ə.Pirquliyev bıçaqdan istifadə edərək İ.Pirquliyevin qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Daha sonra Ə.Pirquliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026