• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bakıda şagird özünü məktəb binasından atdı - YENİLƏNİB

HADİSƏ

14 Mart 2024 | 12:39

Bakıda şagird özünü məktəb binasından atdı - YENİLƏNİB

Özünü məktəbin sanitar qovşağının pəncərəsindən atdığı deyilən şagird xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

“16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.

***

11:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə şagirdin özünü pəncərədən yerə atması ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatda deyilir:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. 

Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək".

***

11:03

Bakıda şagird özünü məktəb binasından yerə atıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.

Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR