• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

HADİSƏ

12 Aprel 2024 | 23:27

Atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü A.N.Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəzada yeniyetmə xəsarət alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./apa


SON XƏBƏRLƏR

26 Iyul 2024