• Bakı 26° C

    15.26 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

HADİSƏ

12 Aprel 2024 | 23:35

Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Kamil Ceyfun oğlu Baxışovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.  

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

22:11

 

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Hyundai” markalı maşın toqquşub, nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəzada xəsarət alanların olduğu bildirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024