• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda sexdə yanğın baş verdi

HADİSƏ

19 Yanvar 2023 | 23:18 | Müəllif: Subhan Mahmudov

Bakıda sexdə yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ayaqqabı sexində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026