• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Bakıda silahlı şəxs saxlanıldı

HADİSƏ

17 Aprel 2024 | 14:50

Bakıda silahlı şəxs saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

29 Aprel 2024