• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda şirkət rəhbərini intim görüntüləri ilə şantaj edib, 200 min aldılar

CƏMİYYƏT

08 Dekabr 2022 | 18:35 | Müəllif: Subhan Mahmudov

Bakıda şirkət rəhbərini intim görüntüləri ilə şantaj edib, 200 min aldılar

Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü C.G. bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan üç nəfər tərəfindən şantaj edilir.

O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıblar.

Şikayətçi son 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.

Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.

C.G.-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(“Qafqazinfo”)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026