• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda Xəzərlə bağlı  işçi qrupunun iclası keçirildi

SİYASƏT

13 Sentyabr 2022 | 16:30

Bakıda Xəzərlə bağlı işçi qrupunun iclası keçirildi

Bakıda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a XİN-dən bildirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib.

Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR