• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda yaşayış binasında yanğın oldu -  Ölən var

HADİSƏ

28 Mart 2023 | 12:38

Bakıda yaşayış binasında yanğın oldu - Ölən var

Bakıda yaşayış binasında yanğın olub, ölən var.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR