Bakıda yük avtomobil yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsində qismən elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















