• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zəfər Günü münasibətilə Bakıda atəşfəşanlıq - YENİLƏNİB + VİDEO

CƏMİYYƏT

08 Noyabr 2023 | 21:50 | Müəllif: Subhan Mahmudov

Zəfər Günü münasibətilə Bakıda atəşfəşanlıq - YENİLƏNİB + VİDEO

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.

44 günlük Vətən müharibəsinin üçüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə "Xarıbülbül" nişanı və Qələbə şüarlarları əks olunub.

Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

 

19:25

Bakıda 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026