• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Elm və Təhsil Nazirliyinin yeni mətbuat katibi kimdir? - DOSYE

CƏMİYYƏT

08 Dekabr 2023 | 17:35

Elm və Təhsil Nazirliyinin yeni mətbuat katibi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.

Qeyd edək ki, S.Rzayev 1988-ci ildə Bakıda anadan olub. 214 sayı orta mərkəbi bitirib. 

Səbuhi Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

O bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.

İngilis və türk dillərini bilir.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024