• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu xəstəxana ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

CƏMİYYƏT

08 Dekabr 2023 | 17:53

Bu xəstəxana ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024