• Bakı 31° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Bakının bu ərazilərində işıq olmayacaq - 12:00-dan...

CƏMİYYƏT

08 Avqust 2025 | 12:03

Bakının bu ərazilərində işıq olmayacaq - 12:00-dan...

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

    Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


    SON XƏBƏRLƏR

    07 Avqust 2025