Bakı şəhərinin Xətai rayonunda dünəndən etibarən istiliyin verilməsi dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Azəristiliktəchizat ASC-nin mətbuat xidmətindən bildirilib ki, istiliyin verilməsində fasilə magistral xəttə olan axıntıdan qaynaqlanır.
“Hazırda təmir işləri aparılır. Təmirin nə vaxt bitəcəyi məlum deyil”, - mətbuat xidmətindən qeyd edilib. /Axar.az
















