• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Aznar”da nə baş verir? - Fərhad Əhmədovun qardaşı oğlu...

CƏMİYYƏT

10 Aprel 2023 | 13:08

“Aznar”da nə baş verir? - Fərhad Əhmədovun qardaşı oğlu...

Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkətinin rəhbəri dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, iş adamının qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilib. Onu bu postda Zeynullah Qurbanov əvəzləyib.

Qeyd edək ki, bir müddət əvvəl “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılmışdı. Belə ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD-nin iddiasına görə, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. 

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.


“Aznar”da nə baş verir? - Fərhad Əhmədovun qardaşı oğlu...“Aznar”da nə baş verir? - Fərhad Əhmədovun qardaşı oğlu...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026