• Bakı 27° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

CƏMİYYƏT

19 Iyul 2024 | 14:41

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək)aparılan təmir işlərinə görə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bildirilib ki, məhdudiyyət bu gün saat 13:00-dan 23 iyul saat 13:00-dək tətbiq ediləcək.

Qeyd edilib ki, bu halla bağlı olaraq 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Ə.Haqverdiyev küçəsi, Nazim Hikmət küçələrindən təşkil ediləcək.

Həmçinin, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində də Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər nəqliyyat vasitələrinin hərəkəti 4 gün müddətinə məhdudlaşdırılacaq.

Belə ki, iyulun 19-u saat 00:00-dan 22 iyul saat 06:00-dək məhdudlaşdırma tətbiq ediləcək.


SON XƏBƏRLƏR