• Bakı 19° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Barmağım uyuşur, əlimi hiss etmirəm... - Nevroloq çoxumuzu narahat edən sindromdan DANIŞDI

CƏMİYYƏT

25 Aprel 2023 | 12:53

Barmağım uyuşur, əlimi hiss etmirəm... - Nevroloq çoxumuzu narahat edən sindromdan DANIŞDI

"Barmağımda uyuşma var, barmaqlarımı hiss etmirəm, bir əşyanı tutarkən və ya sıxdıqda əlimin gücü çatmır".

Ətrafımızda bu kimi şikayət edənlər çoxdur. Bəs bu, hansı xəstəliyin əlamətidir?

Nevroloq Gülanə İsmayılovanın Bakıvaxtı.az-a dediyinə görə, bu şikayətlər kubital tunel sindromundan şübhələnməyə imkan verir:  "Bu sindromla bağlı xəstələrdən daha çox “çəçələ (5-ci) və üzük (4-cü ) barmağımda uyuşma var, barmaqlarımı hiss etmirəm” şikayətləri olur. Bu, kubital tunel sindromu,  qısaca, dirsək bölgəsində ulnar (dirsək) sinirin sıxılmasıdır”.

Həkim bildirib ki, dirsəyimizin içəri tərəfində əllə hiss olunan bir sümük çıxıntısı var. Bu çıxıntının arxa hissəsində kubital tunel adlı bir anatomik hissə mövcuddur: “Qollara uzanan 3 növ sinirdən biri olan ulnar sinirin bu anatomik hissədə sıxılmasına kubital tunel sindromu adı veririk". G.İsmayilova əlavə edib ki, sözügedən sindromun əlamətləri aşağıdakılardır: 4-cü və 5-ci barmaqda uyuşma, hissiyyatın azalması və ya elektriklənmə hissinin olması, əllərdə əzələlərin gücünün azalmasına bağlı gücsüzlük, əl barmaqlarının zəifləməsi, əllərin tutma qabiliyyətində azalma, irəli dönəmlərdə əlin 4-cü və 5-ci barmaqlarında bükülmələr, hipotenar bölgədə, yəni əlin ovuc səthində əzələ ərimələri. Onun sözlərinə görə, kubital tunel sindromunu yaradan səbəblər əsasən travmalar, yəni dirsək bölgəsinin hər hansı bir sınaqları, çıxıqları, zədələnməsi və ya dirsək oynağında ödemə səbəb ola biləcək revmatoloji, tiroid vəzi, diabet kimi xəstəliklər, hamiləlik, digər bir səbəb isə dirsəyin uzun bir vaxt bükülü qalmasıdır, buna uzun müddət telefonla danışmaq, gecə yatarkən bükülmüş dirsəyin üzərində yatmaq, masabaşı iş, ağır idman hərəkətləri misal ola bilər.

“Nevroloji müayinə zamanı xəstələrdə Froment fenomenini görmüş oluruq. Belə ki, xəstənin hər iki əlinə kağız veririk və onu sadəcə baş barmaqları ilə sıxmasını istəyirik. Ulnar sinir zədələndiyi halda baş barmağı ilə kağızı sıxdıqda zədələnmiş tərəfdə baş barmaq bükülü qalır. Belə xəstələr qapını açarla açarkən çətinlik çəkirlər, açarı tutmaq üçün baş barmağını bükdüyünü deyirlər. Digər bir müayinə isə dirsək çuxuruna çəkiclə vurduqda 4-cü və 5-ci barmaqda elektriklənmə hissinin olmasıdır. Bu simptomları gördükdə diaqnozu təsdiqləmək üçün mütləq EMQ müayinəsini icra edirik və kubital tunel sindromunu dəqiqləşdiririk".

Bu xəstəliyin müalicə üsuluna gəlincə, nevroloq qeyd edib ki, sinirin zədələnmə dərəcəsindən və yaranmış vəziyyətin neçə müddətdir xəstəni narahat etməsindən asılı olaraq müalicə taktikasını seçilir. Əsas seçilmiş müalicə üsulları-xüsusi seçilmiş dirsək bandajlar, medikamentoz, fizioterapevtik və cərrahi müdaxilədir.

Xəyalə Rza


SON XƏBƏRLƏR

19 May 2025