Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) üzvləri COVID-19-dan sonra gələcək pandemiyalara hazırlaşmaq üçün tarixi razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, üç illik danışıqlardan sonra Cenevrədə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən hüquqi qüvvəyə malik pakt qəbul edilib.
Belə ki, aprel ayında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyaların qarşısının alınmasına dair sazişin layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasının açılışında çıxış edərək, yeni pandemiyanın nəzəri risk deyil, epidemioloji əminlik olduğunu bildirib.
Onun fikrincə, yeni pandemiya 20 ildən sonra “yaxud da sabah” baş verə bilər və bəşəriyyət buna hazır olmalıdır.
Qeyd olunub ki, Pandemiya Müqaviləsi COVID-19 pandemiyası zamanı əməkdaşlıqdakı çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıyan beynəlxalq müqavilədir.
ÜST ondan daha ədalətli qlobal reaksiya təmin edəcəyini, milli səhiyyə sistemlərinin qorunmasına kömək edəcəyini və pandemiya zamanı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyini gözləyir.
Mina Mikayılova