Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 19.05.2025-ci il tarixində saat 09:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (qadın cinsli) hospitalizasiya olunub.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
"Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda nəzərə çatdırılıb.
Qeyd edək ki, hadisə Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.
Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı xəsarət alıblar.
Mina Mikayılova