• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İQTİSADİYYAT

20 May 2025 | 11:05

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 5-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 torpaq sahəsi, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.

Əmlakların start qiyməti 7 360 - 32 800 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər mayın 30-na qədər qəbul olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026