• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

FED faiz qərarını açıqladı

İQTİSADİYYAT

18 Iyun 2025 | 22:47

FED faiz qərarını açıqladı

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin rəsmi saytında açıqlama verilib.

Qeyd olunur ki, cari faiz diapazonu 2024-cü ilin dekabrından etibarən dəyişməz qalıb.

Məlumatda həmçinin bildirilib: "İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalsa da, hələ də yüksək səviyyədə qalır."

FED-in bu qərarı bazar iştirakçılarının gözləntiləri ilə tam üst-üstə düşüb. CME birjası tərəfindən hazırlanan “FedWatch” alətinə görə, faiz dərəcəsinin dəyişmədən saxlanma ehtimalı 99,9% təşkil edib.


SON XƏBƏRLƏR

18 Iyun 2025