• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Yanğında xəsarət alanlarla bağlı TƏBİB-dən AÇIQLAMA

HADİSƏ

20 May 2025 | 11:14

Yanğında xəsarət alanlarla bağlı TƏBİB-dən AÇIQLAMA

Naftalan şəhərində yerləşən doqquz mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların vəziyyəti açılanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.05.2025-ci il tarixində saat 05:00 radələrində Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən yaşayış ünvanından yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 2 nəfərə (kişi və qadın) tibbi xidmət göstərilib. Təxliyəyə ehtiyac yaranmayıb",- deyə TƏBİB-dən bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR