• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

"Barselona" prezidentinin oğlu Madriddə saxlanıldı

İDMAN

17 Oktyabr 2022 | 09:10 | Müəllif: Qalib İbrahimoğlu

"Barselona" prezidentinin oğlu Madriddə saxlanıldı

İspaniyanın "Barselona" klubunun prezidenti Xoan Laportanın oğlu Gillem Laporta Madriddə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, paytaxtda restoranların birində sevgilisi ilə münaqişəyə görə tutulub.

Gillem Laportanın restoranda onlarla insanın gözü önündə xanımı hədələyərək silkələdiyi bildirilir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə də aqressiv davranıb və hətta saxlanılmasına müqavimət göstərib.

G. Laporta bu gün kobud və aqressiv rəftarda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq

Qeyd edək ki, "Barselona" La Liqanın IX turunda "Real Madrid"ə 1:3 hesabı ilə uduzub./report.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR