• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş Qərargah rəisindən komandolara VACİB TAPŞIRIQ

CƏMİYYƏT

17 Dekabr 2022 | 13:37

Baş Qərargah rəisindən komandolara VACİB TAPŞIRIQ

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ordunun Komando briqadaları və digər hərbi hissələrində təlimlərin real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.

Bakıvaxtı.az xəbər verir ki, o, tapşırığını hərbi hissələrdə qəfil yoxlama zamanı çatdırıb.

Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.

Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi, həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026