• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Baş redaktor “Mediada smartfon dövrü” mövzusunda təlim keçib

MEDİA

16 May 2022 | 17:36

Baş redaktor “Mediada smartfon dövrü” mövzusunda təlim keçib

Peşəkar Futbol Liqası saytının baş redaktoru Müzəffər Müzəffərli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman tibbi və menecmenti fakültəsinin SABAH qrupları tələbələrinə təlim keçib.

Bakıvaxtı.az xəbər verir ki, “Mediada smartfon dövrü” mövzusunda təqdim olunan təlimdə Müzəffər Müzəffərli tələbələrə informasiya mübadiləsinin sürətlənməsi, bloggerliyin daha kütləvi hal alması, Real Time Marketinq və operativliyin əhəmiyyəti, məşhurlarla kommunikasiyanın əlçatanlığı ilə bağlı spesifik məqamlara toxunub, praktik çalışmalar tətbiq edib.

Media və ictimaiyyətlə əlaqələr fənni çərçivəsində keçirilən təlim maraqlı simulyasiya və müzakirələrlə başa çatıb.


SON XƏBƏRLƏR