• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxdu

İDMAN

21 Oktyabr 2021 | 14:08 | Müəllif: Subhan Mahmudov

"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxdu

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Yulian Nagelsmann koronavirusa yoluxub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, baş məşqçinin testi müsbət nəticə verib və o, "Bavariya"nın ötən gün keçirdiyi "Benfika" ilə Çempionlar Liqası matçını buraxmalı olub.

Y.Nagelsmann komandadan ayrı təyyarə ilə Almaniiyaya qayıtdıqdan sonra karantinə alınacaq.

Qeyd edək ki, 34 yaşlı Y.Nagelsmann bu ilin iyulundan "Bavariya"ya rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026