• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Nazir Avropa çempionlarını qəbul etdi

İDMAN

19 Noyabr 2021 | 19:34 | Müəllif: Subhan Mahmudov

Nazir Avropa çempionlarını qəbul etdi

Bu gün gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Bosniya Herseqovinada  keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.

Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov da iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026