• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bayden-Putin görüşü üçün hansı şərtlər var? - Ağ Ev AÇIQLADI

DÜNYA

30 Mart 2022 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Bayden-Putin görüşü üçün hansı şərtlər var? - Ağ Ev AÇIQLADI

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında istənilən təmas Ukraynadakı vəziyyətin deeskalasiyasını və Rusiya Federasiyasının diplomatiyaya həqiqi hazırlığını tələb edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı, Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild deyib.

"Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya tərəfindən ciddi deeskalasiya və Prezidentin bu cür söhbətə başlamazdan əvvəl diplomatiyaya aydın, həqiqi öhdəliyi lazımdır", - o deyib.

Qeyd edək ki, Cozef Bayden də rusiyalı həmkarı Vladimir Putinlə təmasları istisna etməyib (report.az). O bildirib ki, bu, Rusiya Prezidentinin nəyi müzakirə etmək istəməsindən asılıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026