• Bakı 22° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

“Bayram qatarları”nın sayı artırılacaq: Bəs avtobuslar necə işləyəcək? - RƏSMİ

CƏMİYYƏT

23 Dekabr 2024 | 11:32

“Bayram qatarları”nın sayı artırılacaq: Bəs avtobuslar necə işləyəcək? - RƏSMİ

Bir həftədən sonra Azərbaycanda birhəftəlik bayram tətili başlayacaq. Bayram tətili ilə əlaqədar rayonlara gediş-gəliş daha da artır.

Bakıvaxtı.az-ın məlumatına görə, hər il bu ərəfədə “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışır.

Bəs bu il vəziyyət necədir?

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ADY qarşıdan gələn bayram günləri ərəfəsində sərnişin tələbatını təmin etmək məqsədilə 30 dekabr - 5 yanvar tarixlərində, 1 yanvar istisna olmaqla, hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təyin edib.

Qeyd olunub ki, dekabrın 31-də Bakıdan Qəbələyə, yanvarın 2-də isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq. Həmçinin yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə reys təyin edilib.

Bundan başqa, nəzərə çatdırılıb ki, yanvarın 4-də qatar Bakıdan Qəbələyə, ertəsi gün – yanvarın 5-də isə Qəbələdən Bakıya hərəkət edəcək. O da vurğulanıb ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri olacaq.

“28 və 29 dekabr tarixlərində isə Bakıdan Ağstafaya və Ağstafadan Bakıya əlavə qatar reysləri təyin edilib. Bayram günlərində də bu istiqamətdə əlavə reyslər olacaq. Həmin reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr - 5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək. Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlər hər gün hər iki istiqamətdə səfər edə bilərlər”,- deyə ADY-dən məlumat verilib.

Bakı Beynəlxalq Avtovağzalından isə Bakıvaxtı.az-a bildirilib ki, hələlik gücləndirilmiş iş rejiminə keçid yoxdur:

“Bu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 Iyun 2025