• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BDU-nun müəllimi vəfat edib - FOTO

CƏMİYYƏT

15 Iyul 2022 | 09:23 | Müəllif: Qalib İbrahimoğlu

BDU-nun müəllimi vəfat edib - FOTO

BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a BDU-dan bildirilib.

Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.

1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.

Allah rəhmət eləsin!

Nuranə Daxilqızı


BDU-nun müəllimi vəfat edib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR