Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, diplomat Belarus xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı fikirləri ilə əlaqədar Nazirliyə dəvət olunub.
Belarus səfirinə Makeyin bəyanatı ilə bağlı Ermənistan tərəfinin narahatlığı çatdırılıb.
Xatırladaq ki, Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda səfərdə olub.
Belarusun xarici işlər naziri Vladimir Makey isə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri kimi səfərlərin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.
















