Mayın 27-dən etibarən Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının və Rusiya Hərbi Kosmik Qüvvələrinin qüvvə və vasitələrinin birgə uçuş-taktiki təlimi keçirilir.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlim Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviçin rəhbərliyi altındadır. əlimlərə aviasiya hərbi hissələri, Belarusun zenit-raket və radiotexniki qoşunlarının bölmələri, Rusiya Aerokosmik Qüvvələrinin kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub. Təlim zamanı müxtəlif aviasiya qüvvələrinin idarə olunması, o cümlədən döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənir.
Taktiki uçuş təlimi zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib. Bundan əlavə, aviasiya poliqonlarında ekipajlar quru qoşunlarının bölmələrini əhatə etmək üçün praktiki olaraq bir sıra tapşırıqları yerinə yetirməli olacaqlar.
Təlim mayın 31-dək davam edəcək.
Gülşən Şərif
















